Messinin iğtişaşlardan sonra Kalkuttaya səfərinin təşkilatçısı saxlanılıb
Qərbi Benqalda yerləşən Kalkutta polisi azarkeşlər tərəfindən iğtişaşlara səbəb olan argentinalı futbolçu Lionel Messinin iştirakı ilə keçirilən tədbirin təşkilatçısını saxlayıb.
Operativ Media xəbər verir ki, bu barədə ştatın Baş Polis Müfəttişi Raciv Kumar bildirib.
Kumarın sözlərinə görə, təşkilatçı satılan biletlərin pulunu geri qaytarmaq üçün yazılı şəkildə öhdəlik götürüb.
Messi kommersiya turu çərçivəsində Kalkuttaya gəlib. Onun on minlərlə azarkeşin toplaşdığı Solt Leyk Stadionunda təxminən 45 dəqiqə keçirməsi gözlənilirdi, lakin səfəri cəmi 10-20 dəqiqə davam etdi. VIP qonaqlar və mühafizəçilər tərəfindən sıx əhatə olunduğu üçün tamaşaçıların əksəriyyəti futbolçunu görə bilməyib. Bu, biletlər üçün 5000 ilə 25.000 Hindistan rupisi (55-280 ABŞ dolları) arasında pul ödəyən izdiham arasında narazılığa səbəb olub. Azarkeşlər tribunalardan oturacaqları cırıb digər əşyalarla birlikdə meydana atmağa başlayıblar.