Türkiyədəki Azərbaycan xilasedicilərinin son qrupu Vətənə qayıdıb
Nərmin Qocamanlı
Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin 224 nəfərlik qrupu Vətənə qayıdıb.
"Operativ Media" xəbər verir ki, xilasedicilər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov bildirib ki, bu, Vətənə qayıdan Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupudur.
Teqlər:
"Türkiyədəki Azərbaycan xilasedicilərinin son qrupu Vətənə qayıdıb"