Masazırda evlərdən 20 min manatlıq oğurluq edilib
Nərmin Qocamanlı
Masazır qəsəbəsində evlərdən oğurluq edən Şabran rayon sakini saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Masazır qəsəbəsində 5 evdən ümumilikdə 1500 manat pul və 18.665 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Etibar Kərimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net