09 Mart 2023, 14:17
Binəqədidə narkotik dövriyyəsinə görə 98 nəfər saxlanılıb
Binəqədidə narkotik dövriyyəsinə görə 98 nəfər saxlanılıb şəkil
Binəqədidə narkotik dövriyyəsinə görə 98 nəfər saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən bu ilin yanvar-fevral ayı ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 11 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Binəqədi rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib.  Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

Son xəbərlər
Ermənistan MSK Avropaya inteqrasiya ilə bağlı toplanmış imzaları etibarlı sayıb
İlham Əliyev: Bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvaram
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
Nobel mükafatı laureatlara təqdim edilib
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
10.Dekabr.2024, 17:18
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Azərbaycan II Liqası: "Qusar" səfərdə, "Hypers Guba" evdə qalib gəldi