Menyu

2022-ci ildə baş verən qəzalarda 9 sürücü öz övladının ölümünə səbəb olub

Redaksiya
2022-ci ildə baş verən qəzalarda 9 sürücü öz övladının ölümünə səbəb olub

2022-ci il ərzində yol verilən qayda pozuntuları zaman baş verən qəzalarda 17 sürücü öz həyat yoldaşının, 5 sürücü atasının, 6 sürücü anasının, 3 sürücü qardaşının,  2 sürücü bacısının, 7 sürücü oğlunun, 2 sürücü isə qızının ölümünə səbəb olub. 

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyevin "Operativ Media"ya verdiyi məlumata görə Respublika və paytaxt ərazisində sürücülərin yol hərəkəti qaydalarına ciddi əməl etməsi ilə bağlı aparılan təbliğata baxmayaraq 2022-ci il ərzində Respublika yollarında baş verən yol-nəqliyyat hadisələri təhlil edilən zaman təəssüf doğuran statistik rəqəmlər ortaya çıxır.

"Əlbətdə heç bir yol nəqliyyat hadisəsi bilərəkdən və istəyərəkdən törədilmir, lakin məsuliyyətsizlik, intizamsızlıq səbəbindən baş verir. 

Bütün bu hadisələrin hüquqi məsuliyyətindən daha ağırı isə doğmalarını itirənlərin ömür boyu çəkdiyi vicdan əzabıdır.

Belə bir halların yaşanmaması üçün hər kəs yol hərəkəti qaydalarına ciddi riayət etməlidir" - deyə o bildirib.

Teqlər:

"2022-ci ildə baş verən qəzalarda 9 sürücü öz övladının ölümünə səbəb olub"

Əlaqəli Xəbərlər