http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

09 Mart 2023 , 17:20
Naxçıvan Muxtar Respublikası Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Martın 9-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Baş prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqların əməkdaşlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Müşavirə iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindənki abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad edib. 

Bundan sonra, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Görüşdə Muxtar Respublikada qanunçuluq və hüquq qaydalarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Müşavirədə giriş nitqi ilə çıxış edən Elçin Məmmədov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən məhkəmə və hüquq sistemində aparılmış islahatları, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verilib.

İştirakçıların diqqətinə çatdırılıb ki, şəhidlik zirvəsinə ucalmış hərbçi və mülki vətəndaşlarımızın ailələri, döyüşlər zamanı yaralanmış şəxslər, eləcə də müharibə iştirakçıları Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunub.

Daha sonra çıxışda Naxçıvan Muxtar Respublikasında cinayətkarlığın dinamikasına, cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar müzakirə edilib.

Həmçinin, Baş Prokurorluğun idarə rəisləri Tural Aslanov, Natiq Hüseynov, Natiq Abdullayev, Mahir Abbasov və Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev prokurorluğun müvafiq fəaliyyət sahələri üzrə görülmüş işlər barədə müşavirədə məruzələrlə çıxış edib.

Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarının əməkdaşları ilə xidməti fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülməsi zəruri olan tədbirlər və qarşıda duran vəzifələr müzakirə edildikdən sonra iclasa yekun vuran Elçin Məmmədov prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

OXŞAR XƏBƏRLƏR
Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

XƏBƏR LENTİ
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
Menyu