Menyu

Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nərmin Qocamanlı
Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının martın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,6 kiloqramdan artıq heroin, 4,6 kiloqrama yaxın marixuana, 1  kiloqramdan çox metamfetamin olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Teqlər:

"Ötən gün 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb"

Əlaqəli Xəbərlər