Menyu

Binəqədidə marketlərdən birinin anbarındakı seyfdən 11.200 manat oğurlanıb

Nərmin Qocamanlı
Binəqədidə marketlərdən birinin anbarındakı seyfdən 11.200 manat oğurlanıb
1 dəq oxu

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən 11.200 manatın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Fizuli Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər