Menyu

ETN: 9000-dən çox şagird peşə təmayüllü siniflərdə təhsil alır

Operativ Media
ETN: 9000-dən çox şagird peşə təmayüllü siniflərdə təhsil alır

"2025-2026-ci tədris ilində 9000-dən çox şagird peşə təmayüllü siniflərdə təhsil alır".

Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.

Məlumata görə, hazırda layihə 327 məktəbdə və 1 pilot olaraq xüsusi təhsil məktəbində, 536 sinif və 1 xüsusi təhsil sinfində, 1073 ixtisas qrupu və 1399 müəllim heyətini əhatə edir.

Peşə təmayüllü siniflərdə 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, “helpdesk”, qrafik dizayner, kompüter operatoru peşə ixtisasları tədris edilir.

Əlaqəli Xəbərlər