Menyu

Bu il beynəlxalq olimpiadalarda 93 şagird iştirak edib

Operativ Media
Bu il beynəlxalq olimpiadalarda 93 şagird iştirak edib

2025-ci ildə beynəlxalq olimpiadalarda ümumilikdə 93 şagird iştirak edib. Şagirdlərimiz bilik yarışlarında 5 qızıl, 18 gümüş, 33 bürünc medal və 16 həvəsləndirici sertifikat qazanıblar.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.

Məlumata görə, ölkənin 65 bölgəsində 8 fənn üzrə keçirilən Respublika Fənn Olimpiadalarında 90 147 şagird qeydiyyatdan keçib. Fənn olimpiadalarında 95 qızıl, 170 gümüş və 249 bürünc medal qazanılıb.

“Qərbi Azərbaycana qayıdış” olimpiadası IX və X sinif şagirdləri arasında təşkil olunub. Ümumilikdə 9872 şagird iştirak edib, 3 qızıl, 6 gümüş və 9 bürünc medal qazanılıb.

“Zəkaların mübarizəsi” olimpiadası  iştirakçıların şahmat və bilik səviyyəsini müəyyən etməklə, 2 mərhələli, komanda yarışı formatında keçirilib. Komanda yarışları üzrə 6, fərdi yarışlar üzrə 15 nəfər şagird medal və hədiyyələrlə təltif olunub.

“Sabahın alimləri” XIV respublika layihə müsabiqəsində şagirdlər 9 istiqamət üzrə 247 layihə ilə yarışıblar. Müsabiqədə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 102 şagird layiq görülüb. Qaliblər arasından seçilən 3 layihə üzrə 6 şagird ölkəmizi ABŞ-nin Kolombus şəhərində keçirilən “Regeneron ISEF”də təmsil edib və bürünc medal qazanıb.
 

Əlaqəli Xəbərlər