Menyu

TTKF-nun Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Operativ Media
TTKF-nun Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

ETİHİ Təhsil Tələbə Krediti Fondunun növbəti iclası keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə  Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.

Səsvermə nəticəsində Rzayev Əli Bəşir oğlu Təhsil Tələbə Krediti Fondunun Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

İclasda ETİHİ Respublika Komitəsi sədrinin müşaviri Renata Mənsurova iştirak edib.

Əli Rzayev bakalavr təhsilini Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə alıb.  

2015–2023-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində aparıcı mühasib kimi çalışıb.

2023-cü ildən etibarən isə Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Kredit Fondunda baş mütəxəssis vəzifəsində fəaliyyət göstərir.

Əlaqəli Xəbərlər