Menyu

DİM-in Lənkəran Regional Bölməsinə yeni müdir təyin olunub

Operativ Media
DİM-in Lənkəran Regional Bölməsinə yeni müdir təyin olunub

Dövlət İmtahan Mərkəzinin Lənkəran Regional Bölməsinin yeni müdiri Nicat Hüseynov kollektivə təqdim olunub. Təqdimat mərasimidə çıxış edən DİM-in aparat rəhbəri Vəfadar Misirov Nicat Hüseynovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona öz tövsiyələrini bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Operativ Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qeyd edək ki, N.Hüseynov 2002-ci ildə yüksək balla (645 bal) Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat ixtisasına qəbul olunub və 2006-cı ildə oranı bitirib. N.Hüseynov müxtəlif tədris müəssisələrində riyaziyyat müəllimi, 2024-cü ildən etibarən Şirvan şəhər 11 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb, daha sonra isə direktor vəzifəsini icra edib.

Nicat Hüseynov həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır və IV “Yüksəliş” müsabiqəsinin finalçıları siyahısında yer almağa müvəffəq olub.

Əlaqəli Xəbərlər