Menyu

Dövlət İmtahan Mərkəzində yanvarın 14-də TOEFL iBT imtahanı keçiriləcək

Operativ Media
Dövlət İmtahan Mərkəzində yanvarın 14-də TOEFL iBT imtahanı keçiriləcək

14 yanvar 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) TOEFL iBT imtahanı keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Əlaqəli Xəbərlər