Menyu

Bakı Neft-Energetika Kollecinə yeni direktor müavini təyin olunub

Operativ Media
Bakı Neft-Energetika Kollecinə yeni direktor müavini təyin olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə yeni təyin olunan Zümrüd Vəliyeva kollektivə təqdim edilib.

Bu barədə Operativ Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Zümrüd Vəliyeva bakalavriat təhsilini Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə alıb. Magistratura təhsilini isə Corc Vaşinqton Universiteti (ABŞ) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə proqramı çərçivəsində “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə tamamlayıb.

Z.Vəliyeva 2022-2024-cü illərdə “LANDAU School”da, həmçinin müxtəlif illərdə tədris müəssisələrində riyaziyyat müəllimi kimi fəaliyyət göstərib, ixtisasartırma məqsədilə bir sıra təlim və kurslarda iştirak edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər