Qubada tələbələr üçün “MathCamp 2026” qış düşərgəsi keçiriləcək
“Bir Könüllü” Tələbə Təşkilatı və "Pathtomath" Tələbə Riyaziyyatçılar Klubunun birgə təşkilatçılığı ilə 4–9 fevral 2026-cı il tarixlərində Quba rayonunda tələbələr üçün “MathCamp 2026” adlı qış düşərgəsi təşkil olunacaq.
Operativ Media xəbər verir ki, düşərgə ali riyaziyyata marağın artırılması, riyaziyyatın süni intellekt, yeni texnologiyalar və kriptoqrafiya sahələrində tətbiqləri barədə tələbələrin məlumatlandırılması, eləcə də qış tətili dövründə riyazi biliklərin möhkəmləndirilməsi məqsədi daşıyır.
Təlim və seminar formatında keçiriləcək düşərgədə riyaziyyat, fizika və texniki ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil alan III, IV və V kurs tələbələri, həmçinin magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr iştirak edə bilərlər.
Düşərgədə iştirak üçün qeydiyyat 23 yanvar tarixinədək davam edəcək. Müraciətlər aşağıdakı link vasitəsilə qəbul olunur: https://forms.gle/PaUfiLSFVfVrEum28
Qeyd edək ki, ilkin seçim mərhələsindən keçən namizədlər “Riyazi analiz” və “Cəbr və ədədlər nəzəriyyəsi” fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə test mərhələsinə dəvət ediləcəklər.