“Qarabağ” – “Frankfurt” oyununun biletləri sabah satışa çıxarılır
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Frankfurt” (Almaniya) oyununun biletləri sabah satışa çıxarılacaq.
Operativ Media xəbər verir ki, qarşılaşmanın biletləri 16 yanvar saat 12:00-dan etibarən satışda olacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200, 250, 300, 400 və 1000 manatdır.
Qeyd olunur ki, biletlər yalnız iTicket.az saytından və mobil tətbiqi üzərindən satılacaq. Onlayn bilet alışı zamanı çətinlik yarandığı halda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Klub azarkeşləri saxta biletlərdən və digər saytlardan uzaq durmağa çağırır. Stadiona girişin yalnız QR kodlu elektron bilet vasitəsilə mümkün olacağı bildirilib.