Menyu

“Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib

Operativ Media
“Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib

Ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi üzrə qeydiyyat prosesinə başlanılıb. 

Elm və Təhsil Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, qeydiyyat prosesi 30 yanvar 2026-cı il tarixinədək davam edəcək.

Şagirdlər müsabiqədə iştirak üçün portal.edu.az platformasında yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsi vasitəsilə elektron formada müraciət edə, müvafiq istiqaməti seçə bilərlər.

Qeydiyyatdan keçən təhsilalanlar müsabiqənin region mərhələsində iştirak etmək üçün yerli təhsili idarəetmə orqanları tərəfindən dəvət olunacaqlar. Final mərhələsinə vəsiqə qazanan iştirakçılar isə nəticələr barədə portal.edu.az platforması və mobil telefonlarına göndərilən SMS vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqə ulu öndər Heydər Əliyevin doğum gününün 103-cü ildönümünə həsr olunub və onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsinə xidmət edir.

Əlaqəli Xəbərlər