Menyu

Xaricdə təhsil təqaüdünü necə əldə etmək olar?

Ayşən Sadıxzadə
Xaricdə təhsil təqaüdünü necə əldə etmək olar?
Son illər xaricdə təhsil almaq istəyən azərbaycanlı gənclərin sayı artmaqdadır. Onlar bu məqsədlə dövlət proqramları, universitetlərin daxili təqaüdləri, ölkə təqaüdləri və özəl fondların maliyyə dəstəyi imkanlarından istifadə edirlər.

Operativ Media xəbər verir ki, dövlət proqramları təhsil haqqı ilə yanaşı yaşayış, viza, tibbi sığorta və beynəlxalq nəqliyyat xərclərini də əhatə edir. Amma proqram çərçivəsində məzunlar Azərbaycana qayıtmaq öhdəliyi daşıyır və seçim yüksək bal və sənədlərin üstünlüyünə əsaslanır.

Universitet və ölkə təqaüdləri isə adətən təhsil haqqı və yataqxana xərclərini qarşılayır. Bu halda tələbələr əvvəlcə universitetdən qəbul alır, sonra təqaüd üçün müraciət edirlər. Akademik göstəricilər və daxili imtahanlar əsas meyarlardandır. Vasitəçi şirkətlər də namizədlərin sənədlərini təqdim etmək və müraciət prosesində dəstək göstərməkdə rol oynayır.

2026–2027-ci tədris ili üçün xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu bu ilin mart–aprel aylarında başlayacaq və iyunun ortalarına qədər davam edəcək. Müraciət etmək üçün əvvəlcə siyahıda yer alan universitetlərdən qəbul məktubu alınmalıdır.

Ətraflı "XəzərXəbər"in sujetində:

Əlaqəli Xəbərlər