Menyu

"TechWinter Camp 2026"ya qeydiyyat başlayıb

Operativ Media
"TechWinter Camp 2026"ya qeydiyyat başlayıb

“Bir Könüllü” Tələbə Təşkilatı, ESTİEM LG BAKU və EESTEC BAKU-nun birgə təşkilatçılığı ilə 4–9 fevral 2026-cı il tarixlərində Quba rayonunda tələbələr üçün qış düşərgəsi – "TechWinter Camp 2026" təşkil olunacaq.

Operativ Media xəbər verir ki, düşərgənin əsas məqsədi tələbələr arasında informasiya texnologiyaları sahəsinə marağın artırılması, iştirakçıların müasir texnologiyalar və süni intellektin tətbiq sahələri barədə məlumatlandırılması, eyni zamanda proqramlaşdırma və texnoloji biliklərin gücləndirilməsidir. Təlimlər və praktiki sessiyalar vasitəsilə iştirakçılar yaz tətili dövrünü səmərəli şəkildə dəyərləndirmək imkanı əldə edəcəklər.

"TechWinter Camp 2026"da informasiya texnologiyaları, kompüter elmləri və digər texniki ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura və doktorantura səviyyəsində oxuyan tələbələr iştirak edə bilərlər.

Düşərgədə iştirak etmək istəyənlər üçün qeydiyyat artıq açıqdır. Son müraciət tarixi 29 yanvar 2026-cı ildir.

Ətraflı məlumat və qeydiyyat üçün bu linkə keçid edin.

Əlaqəli Xəbərlər