Menyu

QS Avropa reytinqində Azərbaycan universitetlərinin sayı ilk dəfə 15-ə yüksəlib

Operativ Media
QS Avropa reytinqində Azərbaycan universitetlərinin sayı ilk dəfə 15-ə yüksəlib

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən dərc edilmiş “QS Avropanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Azərbaycan universitetlərinin sayı yenidən 9-dan 15-ə yüksəlib.

Operativ Media-ya bu barədə Elm və Təhsil nazirliyindən məlumat verilib.

Reytinqdə təmsil olunan 42 ölkədən 958 universitet arasında bu il 6 Azərbaycan universiteti ilk dəfə olaraq siyahıya daxil edilib.

Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan 17-ci mövqedə qərarlaşıb. Eyni zamanda, daha çox universitetlə təmsil olunan 10 arasında, universitetlərin mövqelərinin yüksəldilməsi baxımından Azərbaycan 3-cü yeri tutur.

QS Avropa reytinqində ölkə üzrə ilk üçlükdə universitetlər yer alır:

1. AzərbaycanDövlət İqtisad Universiteti - 271-ci yer;

2. Bakı Dövlət Universiteti - 278-ci yer;

3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 349-cu yer.

Qeyd edək ki, Azərbaycan universitetlərinin sosial şəbəkələri bu il “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Məşulluq nəticələri”, “Əcnəbi müəllim payı” və “Müəllim-tələbə nisbəti” kimi əsas göstəricilər üzrə mövqelərini daha yaxşılaşdırıb.

Əlaqəli Xəbərlər