“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində MAA-da görüş keçirilib

Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Milli Aviasiya Akademiyasında (MAA) işçi görüş keçirilib. Görüşdə Milli Aviasiya Akademiyasının inzibati heyəti iştirak edib.
Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, görüş zamanı Milli Aviasiya Akademiyasında laboratoriyalarda həyata keçirilən elmi-tədqiqat fəaliyyəti barədə məlumat verilib. Eyni zamanda, tədrisin təşkili, təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması, akademik və inzibati proseslərin çevikliyinin təmin olunması, ali təhsil pilləsi ilə yanaşı Milli Kvalifikasiya çərçivəsinin digər səviyyələrində də kadr hazırlığının mümkünlüyü, habelə bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar məsələlər ətrafında müzakirələr aparılıb.
Görüş çərçivəsində elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, institusional inkişaf məsələləri və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.