“Xankəndidə peşə təmayüllü siniflərin ilk şagirdlərindən biri olmaq böyük qürur hissidir" - REPORTAJ
Operativ Media
Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayan peşə təmayüllü siniflərin ilk şagirdləri bu əlamətdar hadisənin iştirakçılarıdır.
Operativ Media xəbər verir ki, 2019-cu ildən etibarən həyata keçirilən peşə təmayüllü siniflər layihəsi artıq bu gün işğaldan azad olunmuş bölgələrimizdə də uğurla tətbiq olunur.
Layihənin əsas məqsədi şagirdlərin maraq və bacarıqlarını erkən mərhələdə üzə çıxarmaq, onların gələcək karyera seçimlərini daha məqsədyönlü, şüurlu və planlı şəkildə etmələrinə dəstək olmaqdır.
Bu, eyni zamanda, azad edilmiş ərazilərdə təhsilin bərpası və dayanıqlı inkişafının mühüm göstəricilərindən biridir.
Daha ətraflı Təhsil TV-nin reportajında:
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma