Həsən Həsənli İsraildə "Microsoft"un süni intellekt üzrə mütəxəssisi ilə görüşüb
Operativ Media
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Süni İntellekt Konfransında iştirak etmək məqsədilə İsrail Dövlətində səfərdədir.
Operativ Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Həsən Həsənli "Microsoft" şirkətinin Süni İntellekt üzrə innovasiya mütəxəssisi Michael Jabbour ilə görüşüb, süni intellektin təhsil sahəsində tətbiqi, rəqəmsal transformasiya və mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.