Azərbaycan və İsrail arasında elm və texnologiya sahəsində Anlaşma Memorandumu imzalanıb
Operativ Media
Azərbaycanla İsrail arasında elm və texnologiya sahəsində Anlaşma Memorandumu imzalanıb.
Operativ Media xəbər verir ki, sənədi İsrailin innovasiya, elm və texnologiya naziri Gila Qamliel və Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli imzalayıb.
İsrailin Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, bu çərçivə ortaq maraqları ortaq innovasiyaya çevirməyi hədəfləyir, tədqiqatçıları, institutları və ideyaları real əməkdaşlıq platformasında birləşdirir.