DİM: Ötən il imtahanlarda iştirak etmiş nəzarətçilərin 89.2 faizinin fəaliyyəti əla qiymətləndirilib
Operativ Media
2025-ci ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15 min 476 nəfərdən ibarət olub.
Operativ Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə dair keçirilən tədbirdə deyib.
O bildirib ki, onlardan 4600 nəfər zal nəzarətçisi sertifikatı almış şəxslərdir: “Ötən il respublika üzrə imtahanlara 14 min 120 nəzarətçi 56 min 110 dəfə cəlb edilib. Hər bir nəzarətçi ortalama olaraq 4 dəfə imtahana cəlb edilib. Ötən il imtahanlarda iştirak etmiş nəzarətçilərin bütün fəaliyyəti nəzərə alınmaqla, 89.2 faizinin fəaliyyəti əla, 5.8 faizinin yaxşı, 1.9 faizinin kafi, 0.5 faizinin isə qeyri-kafi qiymətləndirilib”.