Menyu

DİM mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Operativ Media
DİM mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Dövlət İmtahan Mərkəzi TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edib.

Operativ Media-ya bu barədə DİM-dən məlumat verilib.

İmtahan 25 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq. Son qeydiyyat tarixi 5 mart 2026-cı ildir.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

TKT Modul 1

TKT Modul 2

TKT Modul 3

TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)

TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)

Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

"İmtahana qeydiyyat https://eservices.dim.gov.az/iexams/az/login.aspx linki vasitəsilə həyata keçirilir. Əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.

İmtahana gələn namizədlər mütləq şəkildə şəkilli şəxsiyyət vəsiqəsini və Confirmation of Entry (CoE) sənədini ([email protected] ünvanından göndərilir) özləri ilə gətirməlidirlər. İmtahan otağına yalnız şəxsiyyət vəsiqəsi, su, sadə karandaş (göy diyircəkli qələmdən istifadəyə icazə verilmir), pozan və karandaşyonan aparılmasına icazə verilir".- məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər