Menyu

Dövlət qulluğunda inzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə qeydiyyat elan edilib

Operativ Media
Dövlət qulluğunda inzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə  qeydiyyat elan edilib
1 dəq oxu

Dövlət İmtahan Mərkəzi tərəfindən 15 mart 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

Operativ Media-ya bu barədə DİM-dən məlumat verilib.

İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.

BA və BB vəzifə qruplarına uyğun imtahan saat 10:00-da, AB, AC vəzifə qruplarına uyğun imtahan isə saat 16:00-da başlanır.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 2026-cı il 10 fevral saat 12:00-dan 1 mart saat 18:00-dək aparılacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. 

Əlaqəli Xəbərlər