Menyu

Elm və təhsil nazirin müavini Çində "Huawei" şirkətinin rəsmiləri ilə görüşüb

Operativ Media
Elm və təhsil nazirin müavini Çində "Huawei" şirkətinin rəsmiləri ilə görüşüb

Elm və Təhsil Nazirliyinin nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində "Huawei" şirkətinin baş ofisində bir sıra görüşlər keçirilib.

Operativ Media xəbər verir ki, tərəflər informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud əməkdaşlıq imkanlarını, xüsusilə təhsilin idarəolunması üzrə innovativ həlləri, eləcə də şirkətin tədqiqat və inkişaf istiqamətində qazandığı qabaqcıl təcrübəni müzakirə ediblər.

"Huawei" şirkətinin nümayəndələri tərəfindən süni intellekt sahəsində son texnoloji yeniliklər, rəqəmsal transformasiya strategiyaları və bu istiqamətdə həyata keçirilən qlobal layihələr barədə ətraflı təqdimat edilib. Xüsusilə təhsil və elmi tədqiqat müəssisələri ilə əməkdaşlıq çərçivəsində innovativ laboratoriyaların yaradılması, birgə tədqiqat proqramlarının təşkili, kadr hazırlığı və bilik transferi mexanizmləri müzakirə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər