Qarabağda yeni həyat: Elm və təhsillə qurulan gələcək - REPORTAJ
Azad olunmuş Qarabağda bu gün təkcə bərpa və quruculuq işləri deyil, elmi və təhsilə əsaslanan yeni bir həyat formalaşır. Regionda fəaliyyət göstərən ali təhsil ocaqlarında pedaqoji, humanitar və mühəndislik ixtisasları üzrə təhsil alan gənclər gələcək Azərbaycanın inkişaf missiyasını üzərlərinə götürürlər.
Operativ Media xəbər verir ki, burada gələcəyin müəllimləri, tarixçiləri, dilçiləri və mühəndisləri yetişir, azad və savadlı Qarabağın elmi-intellektual təməli qoyulur. Xüsusilə “ağıllı şəhər” konsepsiyası, yaşıl enerji və innovativ layihələr üzərində aparılan işlər regionun davamlı inkişafını təmin edir.
Qarabağ artıq yalnız yenidən qurulan məkan deyil, həm də Azərbaycanın intellektual gücünün formalaşdığı strateji bölgəyə çevrilir. Burada yetişən gənclər ölkənin sabahını quraraq bu gücü dünyaya nümayiş etdirirlər.
Ətraflı Təhsil TV-nin reportajında: