Menyu

Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun başlama tarixi müəyyənləşib

Operativ Media
Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun başlama tarixi müəyyənləşib

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 15 aprel 2026-cı il tarixindən sənəd qəbuluna start veriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupu məlumat yayıb.

Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 12 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.

Proqrama müraciət üçün tələb olunan sənəd nümunələri ilə keçiddən tanış olmaq mümkündür.

Əlaqəli Xəbərlər