“Qarabağ” – “Nyukasl” oyununa satılan bilet sayı açıqlandı
Operativ Media
UEFA Çempionlar Liqasında pley-off mərhələsi çərçivəsində fevralın 18-də keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşmasına maraq böyükdür. Oyuna indiyədək 27 500 bilet satılıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Klub azarkeşlərə müraciət edərək, biletlərin tükənmədən əldə olunmasını tövsiyə edib. Bildirilib ki, Çempionlar Liqası həyəcanı Tofiq Bəhramov adına Respublika stadionunda yaşanacaq və biletlər məhdud saydadır.
Qeyd edək ki, matç fevralın 18-də saat 21:45-də start götürəcək.