Menyu

Tramp üçüncü dəfə prezidentliyə namizəd olmaq hüququnun olduğunu deyib

Nicat Hüseynli
Tramp üçüncü dəfə prezidentliyə namizəd olmaq hüququnun olduğunu deyib
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürmək hüququnun olduğunu iddia edib, lakin qanunla buna icazə verilməyə biləcəyini də etiraf edib.

Operativ Media  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Donald Tramp Ayova ştatında keçirilən mitinqdə 2020-ci il seçkilərində saxtakarlıq olduğunu əsas gətirərək bu hüquqa malik olduğunu bildirib.

ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, heç bir şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

Əlaqəli Xəbərlər