Sabah Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Nyukasl” Bakıya doğru yola düşüb.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuatı məlumat yayıb.
Bu gün saat 20:30-da İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Haunun mətbuat konfransı təşkil olunacaq. Daha sonra – saat 21:00-da “Nyukasl”ın ilk 15 dəqiqəsi media üçün açıq olan məşqi başlayacaq.
Xatırladaq ki, matç fevralın 18-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma