Menyu

Kamilo Duran: "Bizi tarixi və çətin oyun gozləyir"

Operativ Media
Kamilo Duran: "Bizi tarixi və çətin oyun gozləyir"

"Fərqindəyik ki, bizi tarixi və çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək.

Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın hücumçusu Kamilo Duran "Nyukasl"la oyundan öncə keçirilən mətbuat konfransında deyib.

O, rəqibin zəif tərəflərindən yararlanmağa çalışacaqlarını qeyd edib.

"İngilis komandaları fiziki cəhətdən çox güclüdürlər. Yaxşı hazırlaşmışıq. Çətin rəqib olsa da, onların zəif tərəflərindən istifadə etməyə çalışacağıq".

O, "Qarabağ" klubu ilə bu yerlərə gəldiyi üçün xoşbəxt olduğunu bildirib.

"Qarabağ"da bu yolu keçdiyim üçün xoşbəxtəm. Daha inamlı olmalıyam, daha sürətli olmalıyam, bəzi keyfiyyətlərimi yaxşılaşdırmalıyam".

Əlaqəli Xəbərlər