Menyu

Qurban Qurbanov: "Nəriman Axundzadənin yerinə akademiyadan kimisə qeyd edə bilərik"

Operativ Media
Qurban Qurbanov: "Nəriman Axundzadənin yerinə akademiyadan kimisə qeyd edə bilərik"

"Həmişə müdafiədə ehtiyatlı olmağa çalışmışıq".

xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Nyukasl"la oyundan öncə keçirilən mətbuat konfransında deyib.

O, azarkeşlərə dinamik futbol göstərmək istədiklərini bildirib.

"Biz nəyisə əldə etmək istəyiriksə daha da yaradıcı olmalıyıq. İllərdir futbolcularimdan tələbim odur ki, biz hücumda ola-ola müdafiə olunmağı bacarmalıyıq. Məğlub olsaq da azarkeşlərimiz açıq və dinamik futbol görsünlər".

Qurban Qurbanov rəqibin son vəziyyəti haqda da danışıb.

"Onlar son iki oyunda qalib gəliblər. İngiltərə Premyer Liqasında "işlər yaxşı getmir" termini yoxdur. Orada 1-ci yer və 15-ci yerdə olan komandalar arasında ciddi fərq yoxdur. Onlar öz liqalarını Çempionlar Liqasından üstün görürlər".

O, Kadi Borqesin geri dönüşündən də danışıb.

"Kadinin geri dönməsi xoşdur. Sabah səhər heyət tam bilinəcək. Nərimana gəldikdə isə sabah bu oyunda olmayacaq. Onun yerinə akademiyadan kimisə qeyd edə bilərik".

Əlaqəli Xəbərlər