Menyu

ÇL: "Real Madrid" və PSJ səfərdə qazandı

Operativ Media
ÇL: "Real Madrid" və PSJ səfərdə qazandı

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Operativ Media xəbər verir ki, günün birinci matçında Türkiyənin “Qalatasaray” komandası azarkeşləri önündə “Yuventus”la qarşılaşıb. Matç türklərin darmadağınıyla başa çatıb.

“Real” səfərdə “Benfika”nı məğlub edib. Fransada “Monako” ilə PSJ üz-üzə gəlib. Matç parislilərin qələbəsiylə başa çatıb. Dortmund “Borussiya”sı isə “Atalanta”ya qalib gəlib.

Azərbaycan təmsilçisi “Qarabağ” sabah Bakıda “Nyukasl”la qarşılaşacaq.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

17 fevral

Qalatasaray – Yuventus 5:2

Qollar: Q.Sara, 15, N.Lanq, 49, 74, D.Sançes, 60, S.Boey, 86 – T.Koopmeyners, 16, 32

Borussiya Dortmund – Atalanta 2:0

Qollar: S.Girassi, 3, M.Beyer, 42

Benfika – Real 0:1

Qol: V.Junior, 50

Monako – PSJ 2:3

Qollar: F.Baloqun, 1, 18 – D.Due, 29, 67, A.Hakimi, 41

Əlaqəli Xəbərlər