Cüdo texnikaları imtahanı keçiriləcək
Operativ Media
19–22 fevral tarixlərində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo texnikaları imtahanı keçiriləcək.
Operativ Media xəbər verir ki, imtahanda U-14 Liqa yarışının I turu üçün qeydiyyatdan keçmiş yeniyetmə cüdoçular iştirak edə bilərlər.
Qrafik:
19–20 fevral: Bakı və Abşeron–Xızı regionları
21–22 fevral: yalnız region klubları
Vacib qeydlər:
- İmtahanda iştirak könüllüdür;
- İmtahan xalının hesablanması üçün idmançı yarışda və ya rəsmi çəkidə mütləq iştirak etməlidir;
- Rəsmi çəki limitini 5%-dən çox aşaraq kəsilən idmançının imtahan xalı nəzərə alınmayacaq;
- Yarış nəticəsinə görə verilən xalların 70%-i, imtahanda toplanan xalların isə 30%-i ümumi balda nəzərə alınacaq.