Menyu

UEFA ÇL-də həftənin oyunçusu adına namizədlər müəyyənləşdi

Operativ Media
UEFA ÇL-də həftənin oyunçusu adına namizədlər müəyyənləşdi

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.

Operativ Media xəbər verir ki, pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA ən yaxşı adına 4 ad müəyyənləşdirib. Onlar arasında “Qarabağ”la matçda pokerə imza atan “Nyukasl”ın hücumçusu Entoni Qordon da var. Hətta onun həftənin oyunçusu seçilməsi daha inandırıcı görünür.

Digər namizədlərdən “Bodo Qlimt”in hücumçusu Kasper Heq “İnter”lə görüşdə (3:1) 1 qol vurub, 2 məhsuldar ötürmə verib. “Bayer”in forvardı Patrik Şik “Olimpiakos”la matçda (2:0) dubl edib. PSJ-nin vingeri Desire Due isə “Monako” ilə qarşılaşmada (3:2) rəqibi 2 dəfə cəzalandırıb.

Həftənin ən yaxşısı azarkeşlər arasında aparılan səsvermənin yekununda müəyyənləşəcək.

Əlaqəli Xəbərlər