Musa Qurbanlı: "Əvvəlcədən bilirdik ki, "Nyukasl" bizə problem yaşadacaq"
Operativ Media
"Erkən qollar bizi həvəsdən saldı".
Operativ Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Musa Qurbanlı UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a 1:6 hesabı ilə məğlub olduqları ilk oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, rəqibin çox güclü komanda olduğunu bildirib.
"Əvvəlcədən bilirdik ki, "Nyukasl" bizə problem yaşadacaq. Təəssüf ki, böyük hesabla uduzduq. Çox məyusuq. Cavab oyununda əlimizdən gələni edəcəyik", - Qurbanlı bildirib.