Menyu

"Nyukasl Yunayted" tarixinin üç rekordunu müəyyənləşdirdi

Operativ Media
"Nyukasl Yunayted" tarixinin üç rekordunu müəyyənləşdirdi

Entoni Qordon UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la keçirilən ilk oyunda 4 qol vuraraq “Nyukasl” tarixində birdən-birə üç rekord müəyyənləşdirib.

Operativ Media Futbolinfo.az-a istinadən xəbər verir ki, matçın birinci hissəsində poker edən Qordon “Nyukasl”ın Çempionlar Liqası tarixində ən məhsuldar oyunçusu (15 qol) ünvanını ələ keçirib. Forvard bununla “sağsağanlar”ın əfsanəsi Alan Şireri geridə qoyub.

O, eyni zamanda bir mövsümdə klub adına ən çox qol vuran futbolçu rekordunu da (10 qol) yeniləyib. Bundan əlavə, Qordonun ilk qolu (122-ci saniyə) klubun turnir tarixində ən sürətli qol kimi yadda qalıb.

Qordon həm də ÇL tarixində bir matçın ilk hissəsində 4 qol vuran ikinci futbolçu kimi tarixə düşüb. Ondan əvvəl bu göstəriciyə yalnız Luiz Adriano nail olmuşdu. O, 2014-cü ilin oktyabrında Donetsk “Şaxtyor”unun heyətində BATE ilə görüşün birinci hissəsində rəqibi 4 dəfə mərkəzə dəvət etmişdi.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” oyunu qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı fevralın 24-də Nyukaslda keçiriləcək

Əlaqəli Xəbərlər