Menyu

"Nyukasl"ın futbolçusu: “Qarabağ” çox yaxşı komandadır

Operativ Media
"Nyukasl"ın futbolçusu: “Qarabağ” çox yaxşı komandadır

“Nyukasl”ın futbolçusu Entoni Qordon Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda “Qarabağ” üzərində qazandıqları qələbəni (6:1) dəyərləndirib.

Operativ Media xəbər verir ki, ingiltərəli hücumçu yüksək pressinqin qalibiyyətdə vacib rol oynadığını deyib:

“Təkcə özümlə deyil, bu işdə əməyi olan hər kəslə fəxr edirəm. Bura gəlib oynamaq heç vaxt asan olmur, buna görə bütün komanda adına çox xoşbəxtəm. Qələbənin açarı mentalitetimiz oldu. “Qarabağ” çox yaxşı komandadır və burada oynamaq çətindir, lakin ilk dəqiqələrdən etdiyimiz pressinq oyunun tempini müəyyənləşdirdi. Biz rəqabətə davamlı və dayanmadan mübarizə aparan idik, məhz bu təzyiq qol imkanlarımızın yaranmasına səbəb oldu”.

4 qol vuraraq matçın ən yaxşısı seçilən Qordon turnirdəki hədəflərindən də söz açıb:

“Məqsədimiz sadədir: hər oyuna ayrılıqda köklənmək və növbəti görüşdə qalib gəlməyə çalışmaq. Əlbəttə, rekordlar gözəldir, amma futbol komanda oyunudur. Fərdi məqamlar yalnız komanda uğur qazandıqda önəm daşıyır. Bu matçda da ən vacib olan məhz bu idi”.

Əlaqəli Xəbərlər