Filip Koutinyo Braziliya klubundan ayrılıb
Operativ Media
Braziliyalı yarımmüdafiəçi Filip Koutinyo "Vasco da Gama" klubu ilə yollarını ayırıb.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
33 yaşlı futbolçu psixoloji problemlər yaşadığı üçün müqaviləsinə xitam verilməsini istəyib və tərəflər arasında qarşılıqlı razılıq əldə olunub. Bununla da Koutinyo azad agent statusu qazanıb.
Təcrübəli oyunçu karyerasında yeni mərhələyə başlamağa hazırlaşır və hər hansı transfer haqqı olmadan istənilən klubla müqavilə imzalaya bilər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net