Menyu

Azərbaycan Türk Dövlətlərinin Xizək Kubokunda iki medal qazandı

Operativ Media
Azərbaycan Türk Dövlətlərinin Xizək Kubokunda iki medal qazandı

Azərbaycan təmsilçiləri Türk Dövlətlərinin Xizək Kubokunda iki medal qazanıblar.

Operativ Media xəbər verir ki, yarış Türk Dövlətləri Təşkilatının dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının birgə təşəbbüsü ilə gerçəkləşib.

Uludağ Dağ Kurortunda keçirilən turnirdə nəhəng slalom növündə medalçılar müəyyənləşib.

26-45 yaş kateqoriyasında qızlar arasında Nataliya Lapşina (Qazaxıstan) birinci, Elvira Zakarayeva (Azərbaycan) ikinci, Buse Terim (Türkiyə) üçüncü olub.

Oğlanlar arasında isə Ceyhun Balametov (Azərbaycan) birinci, Metehan Taşdemir (Türkiyə) ikinci, Talip Gülle (Türkiyə) üçüncü yeri tutub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər