Menyu

"Milan" Pulişiçi 2026-cı ilin yayına qədər saxlamaq istəyir

Operativ Media
"Milan" Pulişiçi 2026-cı ilin yayına qədər saxlamaq istəyir

"Milan" 2026-cı ilin yayına qədər "Mançester Yunayted", "Arsenal" və "Tottenhem"dən  yarımmüdafiəçi Kristian Pulişiç üçün gələn transfer təkliflərini rədd etmək niyyətindədir.

Operativ Media xəbər verir ki, bu haqda "Football İnsider" məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, İtaliya komandasını 27 yaşlı amerikalı ilə yollarını ayırmağa razı salmaq üçün təxminən 70 milyon avroluq təklif tələb oluna bilər.

Lakin "rossonerilər" yarımmüdafiəçini heyətdə saxlamaq istəyirlər. Pulişiç hazırda "Milan"ın ən çox qol vuran oyunçusudur və 2025/26 mövsümündə A Seriyasında səkkiz qol vurub. O, bütün yarışlarda 10 qol vurub və iki məhsuldar ötürmə edib.

Pulişiçin "Milan"la müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

"Transfermarkt" oyunçunun transfer dəyərini 60 milyon avro olaraq qiymətləndirir.

Əlaqəli Xəbərlər