Menyu

ÇL: "Qarabağ"ın qapıçısı ilk üçlükdə yer alıb

Operativ Media
ÇL: "Qarabağ"ın qapıçısı ilk üçlükdə yer alıb

"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasında (ÇL) ilk "üçlüy"ə düşüb.

Operativ Media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper bu göstəriciyə pley-off mərhələsinin ilk oyununda Bakıda "Nyukasl"a 1:6 hesabı ilə məğlub olduqları qarşılaşmada 10 seyv etməklə nail olub.

Bununla da, Koxalski Liqa mərhələsində və pley-offda ümumi qurtarışlarının sayını 40-a çatdırıb.

Çempionlar Liqasının "TOP-3"lüyündə birinci yerdə Nikita Haykin ("Bodo Qlimt", 52 seyv), ikinci yerdə isə Tibo Kurtua ("Real" (Madrid), 44 seyv) qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında cavab qarşılaşması fevralın 25-də İngiltərədə keçiriləcək

Əlaqəli Xəbərlər