Azərbaycanın futzal millisində baş məşqçinin yeni köməkçisi açıqlandı
Operativ Media
Azərbaycan milli komandasında növbəti təyinat olub.
Operativ Media xəbər verir ki, Fərid Ələkbərov məşqçi kimi baş məşqçiyə kömək edəcək.
Qeyd edək ki, müxtəlif illərdə “Fener”, “Neftçi” İK, EKOL, “Baku Fire”, “Araz-Naxçıvan” klublarının, həmçinin millinin formasını geyinən 40 yaşlı Ələkbərov Azərbaycan çempionu və kubokun qalibi olub.