Ana səhifə / İdman / İngiltərə klubu almaniyalı hücumçu ilə maraqlanır İngiltərə klubu almaniyalı hücumçu ilə maraqlanır 19.02.2026, 16:14 Operativ Media "Brayton" klubu "Köln"ün hücumçusu Said El Mala ilə müqavilə imzalamaqda maraqlıdır.Operativ Media xəbər verir ki, bu haqda Jurnalist Florian Plettenberq məlumat yayıb.Mənbənin məlumatına görə, ingilis klubu 19 yaşlı alman oyunçunun hüquqları uğrunda "Bavariya" ilə yarışır.2025/26 mövsümündə Said El Mala 24 matçda yeddi qol vurub və bir məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir."Transfermarkt" oyunçunun transfer dəyərini 40 milyon avro olaraq qiymətləndirir.