“Real Madrid” Vinisius Junior işi ilə bağlı UEFA-ya sübutlar təqdim edib
Operativ Media
İspaniyanın "Real Madrid" klubu futbolçusu Vinisius Junior ilə bağlı insident üzrə UEFA-nın başlatdığı araşdırma çərçivəsində qurumla fəal əməkdaşlıq etdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, klub bununla bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, sözügedən qarşılaşma zamanı baş verən və qəbuledilməz irqçilik halları ilə müşayiət olunan hadisələrlə bağlı UEFA-nın araşdırmasına sübutlar təqdim olunub.
“Real Madrid” həmçinin Vinisius Juniorun yaşadığı hadisələrdən sonra dünya futbol ictimaiyyəti tərəfindən ona göstərilən yekdil dəstəyə və həmrəyliyə görə minnətdarlığını ifadə edib.
Madrid təmsilçisi vurğulayıb ki, idmanda və cəmiyyətdə irqçilik, zorakılıq və nifrətin kökünün kəsilməsi istiqamətində bütün qurumlarla birgə mübarizəni davam etdirəcək.