Azərbaycan paraüzgüçüləri Belarus Açıq Paraüzgüçülük Kubokunda iştirak edəcəklər
Operativ Media
19-21 fevral tarixlərində Belarusun Brest şəhərində Belarus Açıq Paraüzgüçülük Kuboku keçiriləcək.
Operativ Media xəbər verir ki, ölkəmizi yarışda S12 kateqoriyasında Raman Salei və Səlim Məmmədov, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçülərimiz Əli Vəliyev ilə Murad Məmmədov təmsil edəcək.
Paralimpiyaçılarımızı yarışa məşqçilər Fyodor Kirillov və Faiq Əsgərov çıxaracaq.