Ana səhifə / İdman / Nəriman Axundzadənin komandası Avropa çempionu ilə gücləndi Nəriman Axundzadənin komandası Avropa çempionu ilə gücləndi 20.02.2026, 10:02 Operativ Media "Kolumbus Kryu" portuqaliyalı yarımmüdafiəçi Andre Qomesi heyətinə qatıb.Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.32 yaşlı portuqaliyalı yarımmüdafiəçinin müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir və daha on səkkiz ay uzadıla bilər.MLS klubu oyunçu Beynəlxalq Transfer Sertifikatı (ITC) və P-1 vizası aldıqdan sonra onu heyətinə əlavə edəcəyini bildirib.Portuqaliyalı yarımmüdafiəçi daha əvvəl "Benfika", "Valensiya", "Barselona", "Everton", "Lill" və Portuqaliya millisində də oynayıb.Qomeş bu mövsüm Fransa çempionatının iki oyununda iştirak edib və qol vurmayıb.